“Talassemiyalılara tələbələrin könüllü dəstəyi” layihəsinə yekun vurulub

21:38 31 İyul 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanından Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda və Şirvanda icra olunan “Talassemiyalılara tələbələrin könüllü dəstəyi” layihəsinə yekun vurulub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhərində keçirilən bağlanış tədbirində gənclər və idman idarəsinin rəisi Azər Quliyev, layihənin rəhbəri, 1 nömrəli Şirvan şəhər xəstəxanasının talassemiya şöbəsinin əməkdaşı Fəridə Fərəcova mövzunun aktuallığından və görülən işlərdən danışıblar.
“Birinə həyat bəxş edə bilsən” devizi altında keçirilən layihə çərçivəsində iştirakçılara məlumat kitabçaları və köynəklər paylanıb. Tədbirdə, layihə çərçivəsində aparılan tədqiqatların nəticələri barədə iştirakçılara məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Talassemiyalilara_telebelerin_konullu_desteyi_layihesine_yekun_vurulub-874698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı