“Qəbələ” futbol klubu yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb

“Qəbələ” futbol klubu yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb
23:33 25 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc 
“Qəbələ” futbol klubu yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb.
Klubdan AzərTAc-a bildiriblər ki, 2014-2015-ci il mövsümünün startından komandaya qoşulan futbolçunun “Qəbələ”nin heyətindəki yarımillik karyerası başa çatıb.
2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında komandanın heyətində 14 oyun keçirib. Ötən ilin avqustun 10-da Topaz Premyer Liqasının birinci turunun “İnter” ilə oyununda (0:4) “Qəbələ” formasında debüt edən Pinto 13 çempionat oyununda 458 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_futbol_klubu_yarimmudafiechi_Qomes_Yazalde_Pinto_ile_yollarini_ayirib-827418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR