Kerri ilə Lavrov Ukrayna məsələsini müzakirə ediblər

23:42 25 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 23:35 ]


Bakı-APA. ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd edilib ki, telefon danışığı zamanı Ukraynanın cənubundakı Mariupolda baş vermiş hadisələr, sepratçıların hücumu nəticəsində onlarla mülki şəxsin öldürülməsi müzakirə olunub.

 

Kerri atəşkəs sazişi imzalanmasının, ağır artleriyanın geri çəkilməsinin, sərhədin bağlanmasının vacibliyinə diqqət çəkib.

 

ABŞ bölgədə gərginliyin artmasından narahatlıq ifadə edib, sülh yaradılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, dünən Ukraynanın Mariupol şəhərinə sepatçıların hücumu zamanı 30 nəfər ölüb, 103 nəfər yaralanıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR