Ürək xəstələrinə Twitter diaqnozu

Ürək xəstələrinə Twitter diaqnozu
00:12 26 Yanvar 2015
146 Sosial
Ölkə mətbuatı
A- A+

Twitter sosial şəbəkəsi ürək-damar sistemi xəstəlikləri barədə daha çox informasiya verə bilər, nəinki digər faktorlar.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Melburn Universitetinin tədqiqatçıları belə bir faktı ortaya çıxarıblar. Sən demə, mikrobloqlar cəmiyyətdəki psixoloji ab-havanın əksidir. Tvitlərdəki mənfi emosiyalar, qəzəb, stres, yorğunluq onları yazan insanın ürək-damar sistemindəki xəstəliklərdən xəbər verir. Müsbət emosiyaları əks etdirən tvitlər yazan insanlarda isə ürək xəstəlikləri riski yoxdur.

Maraqlıdır ki, neqativ emosiyalarla dolu insanlar adətən ürək xəstəliklərindən dünyalarını dəyişirlər.

Alimlər 2009-2010-cu illər ərzində yazılmış tvitləri araşdırıblar və emosional lüğət hazırlayıblar. Onlar tvitlərdə istifadə edilmiş sözləri analiz ediblər. İnsanların emosional vəziyyətləri ilə fiziki sağlamlıqları arasında bağlılıq aşkar ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/320775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR