İtaliyanın “Agenzia Nova” xəbər saytı Azərbaycan və Türkiyə prezidentlərinin görüşündən yazır

İtaliyanın “Agenzia Nova” xəbər saytı Azərbaycan və Türkiyə prezidentlərinin görüşündən yazır
00:13 26 Yanvar 2015
225 Ölkə
Ölkə mətbuatı
A- A+


Roma, 26 yanvar, AzərTAc
İtaliyanın “Agenzia Nova” xəbər saytında Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüş ilə bağlı yazı yerləşdirilib.
Yazıda deyilir: “Görüşdə Trans-Anadolu qaz kəmərinin (TANAP) inşası ilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini daha da güclənəcəyi diqqətə çatdırılıb”.
Müəllif vurğulayıb ki, görüşdən sonra Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan deyib: “Artıq dünya layihəsinə çevrilən TANAP ilə bağlı addımlar atıldı. Burada istər boru istehsalında və təminatında, istərsə də podrat xidmətlərində Türkiyə firmaları üstünlük təşkil edir”.
Yazıda o da qeyd olunur ki, TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkənin ərazisindən keçməklə Avropaya nəql edəcək.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Agenzia_Nova_xeber_sayti_Azerbaycan_ve_Turkiye_prezidentlerinin_gorusunden_yazir-827419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR