Dünya Ukrayna deyişməsini yaşayır (VİDEO)

Dünya Ukrayna deyişməsini yaşayır (VİDEO)
03:56 26 Yanvar 2015
217 Dünya
Ölkə mətbuatı
A- A+

Mariupol şəhərinə qrad və artilleriya hücumundan sonra Avropa İttifaqı ilə Rusiya münasibətlərini daha da gərginləşdirib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, liman şəhəri Mariupolda bazarın raket hücumuna məruz qalmasından sonra 30 nəfər həlak olub. Rəsmilər hücum zamanı 102 nəfərin yaralandığını bildirib. Yaşayış massivindəki hücum Donetsk regionunun üsyançı liderinin artıq Kiyevlə sülh danışıqlarına gedilməyəcəyini bildirməsindən bir gün sonraya təsadüf etsə də əks tərəf iddiaları qəbul etmir və Mariupolu top atəşi tutması üçün mümkün texnikaya belə sahib olmadığını bildirir.

Bu arada eyni dialoq ABŞ və Rusiya prezidenti arasında da gedir. ABŞ prezidenti Rusiyanı yeni sanksiyaların tətbiqi ilə hədələyib. Hindistanda səfərdə olan Barak Obama deyib ki, Rusiyaya qarşı təzyiqlər artırılmalıdır. O, atəşkəsin pozulmasına görə narahatlığını ifadə edərək, Rusiyanın separatçıları dəstəkləməsini aqressiya kimi qiymətləndirib.

Vladimir Putin isə öz növbəsində Ukraynada baş verənlərdə Qərbi günahlandırır.

Dünya ölkələrinin kütləvi informasiya vasitələri də eyni ilə informasiya müharibəsi yaşayırlar. Qərb yönlü informasiya vasitələri Ukraynada baş verənlərdə Rusiyanın iştrakını isbat edə biləcək dəlilləri üzə çıxardır, Rusiyayönlü vasitələr isə əksinə yayılan xəbərlərin təxribat olduğunu isbat edəcək əsaslı dəlillər ortaya qoyur.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR