Boko Haram dövlət qurur

Boko Haram dövlət qurur
05:16 26 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Boko Haram qrupunun döyüşçüləri Nigeriyanın şimal-şərqində yerləşən mühüm Maiduquri şəhərinə hücuma başlayıblar.

ANS PRESS-in məlumatına görə, hazırda şəhərətrafı ərazilərdə sərt döyüşlər gedir.

Ordu hava hücumlarını həyata keçirir və komendant saatı hələ də qüvvədədir.

Bundan əlavə Maidugurinin şimalında yerləşən Monquno şəhərində də daha bir Boko Haram hücumu barədə məlumatlar var.
Qeyd edək ki, Maiduguri şəhərində Boko Haramın əlindən qaçan onminlərlə adam yerləşir. Hələ şənbə günü prezident Qudlak Conatan buraya səfər etmişdi.

Boko Haram qrupu 2009-cu ildə dövlət yaratmaq niyyətilə partizan əməliyyatlarını başlayıb. Nəticədə minlərlə adam öldürülüb. Onların əksəriyyəti şimal-şərqi Nigeriyadandır.

“Amnesty International” insan haqları qrupu yüzminlərlə dinc sakinin "ağır risk altında" olduğu barədə xəbərdatlıq edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR