Mətbəx sirləri: Mersin tantunisi və soğan salatı - FOTO

Mətbəx sirləri: Mersin tantunisi və soğan salatı - FOTO
07:05 26 Yanvar 2015
414 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az nefisyemektarifleri.com-a istinadən Mersin tantunisi və soğan salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi
(4-6 əd.):

tantuni:

1 kq az yağlı qiymə
1 ç.q. qara istiot
1 ç.q. duz
1 ç.q. pul bibər
1 ç.q. zirə
ədviyyat (zövqə görə)
lavaş

soğan salatı:

3 baş ağ soğan
yarım dəstə cəfəri
3 pomidor
sumax
duz
limon suyu

Qiyməni vam odda 15 dəqiqə, suyunu buraxıb çəkənə qədər bişirin, sonra az-az su əlavə edin, tam bişdikdən sonra ocaqdan götürün. Vam odda bişməsi önəmlidir.



Ət bişən müddətdə soğan salatını hazırlayın. Soğanı soyub nazik doğrayın. Bir az duz qatıb əlinizlə ovun, acısı çıxsın deyə çoxlu suyla yuyun.

Soğanın suyunu süzün, sumax qatıb əlinizlə qarışdırın.
Cəfəri və pomidorları doğrayın, limon şirəsi, duz qatıb qarışdırın.



Bişmiş ətə duz, ədviyyat qarışdırın, lavaşın ortası boyu ət və soğan salatı qoyun, dürmək kimi bükün.



Nuş olsun!

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/320059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR