“Qanlı Yanvar” Şəkidə

“Qanlı Yanvar” Şəkidə
07:41 26 Yanvar 2015
205 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafayevin Azərbaycan tarixinin 20 Yanvar həqiqətlərini açan “Qanli Yanvar” filmi bir neçə gündür ki, təqdim olununub. Amma buna baxmayaraq film hələ də böyük maraqla izlənilir.

Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi Şəkidə milli qəhrəman çingiz Mustafayevin adına klubda da tamaşıçalara təqdim olunur. İzləyicilər arasında azərbaycanlılarla yanaşı xarici vətəndaşların nümayəndələri də olur.

“Qanlı Yanvar” 20 Yanvar hadisələrini bədii formada əks etdirən yeganə filmdir. Elə buna görə də filmə maraq nəinki, ölkədə hətta onun hüdudlarindan kənarda da böyükdür. “Qanlı Yanvar” Azərbaycan xalqının azadlığa gedən yolunu əks etdirir. Elə ekran işinin əsas mərami da 90-ci illərin acı həqiqətlərini, xalqımızın azadlıq mübarizəsini dünyaya çatdırmaqdır.

Filmin təqdimatı 19 yanvarda Nizami kino mərkəzində baş tutub. Ümumxalq nümayişi isə 20 yanvar tarixində, ölkənin paytaxt Bakı da daxil olmaqla 11 kinoteatrında nümayiş olunur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=321835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR