Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı sakinlərində narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
Saatlı Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, üzərlərinə baxış keçirərkən rayonun Qara Nuru kənd sakinləri - əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Həsənov Mehman Əvəz oğlundan 5,97 qram, 1989-cu il təvəllüdlü Ağayev Elçin Gülağa oğlundan isə iki kibrit qutusunda qablaşdırılmış 9,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi üçün əldə ediblər.
Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.