Bakıda şirkət işçilərini daşıyan avtobus qəzaya düşdü: 11 yaralı

Bakıda şirkət işçilərini daşıyan avtobus qəzaya düşdü: 11 yaralı
10:04 26 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

İşçiləri aparan mikroavtobus yük maşınına çırpılıb

Yanvarın 25-də Bakıda 11 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 07-30 radələrində Səlyan yolu 32 ünvanının yaxınlığında “AzFen” birgə müəssisəsinin fəhlələrini işə aparan, 1986-cı ildə anadan olmuş Kərimov Rüstəm Nizam oğlunun idarə etdiyi 90 SL 830 dövlət nömrə nişanlı «Mersedes» mikroavtobusu yolun kənarında dayanmış, 1965-ci il təvəllüdlü, Məmmədov Eldar Natiq oğluna məxsus 99 HL 831 dövlət nömrə nişanlı «Shacman» markalı yük avtomobilinə çırpılıb. Nəticədə “AzFen” şirkətinin 11 nəfər işçisi yüngül xəsarətlər alıb. Onlara ilkin ibbi yardım göstərilib və evə hamısı evə buraxılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR