Nigar və Eldar “Bakı-2015 Avropa Oyunları”nın iştirakçıları ilə bir arada - fotolar

Nigar və Eldar “Bakı-2015 Avropa Oyunları”nın iştirakçıları ilə bir arada -  fotolar
10:21 26 Yanvar 2015
1118 Şou
Ölkə mətbuatı
A- A+

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal “Bakı-2015 Avropa Oyunları”nın açılış və bağlanış mərasimlərində çıxış edəcək iştirakçıların dinləmələrinə qatılıblar.

Axşam.az-ın məlumatına görə “Bakı-2015 Avropa Oyunları”nın ulduz elçilərinin qatıldığı dinləmədə iştirak edən 50-dən artıq gənc peşəkar komandanın tapşırıqlarını yerinə yetirib.

Açılış və bağlanış mərasimlərini hazırlayan “Five Currents” şirkətinin baş prodüseri Tom Bisinyano bildirib ki, Azərbaycan haqqında yeni fikir yaratmaq üçün könüllülərin komandamıza qoşulmasına ehtiyac var. O, açılış və bağlanış mərasimlərində 6 minə yaxın könüllüyə ehtiyac olacağını vurğulayıb:

“Möhtəşəm bir tədbir keçiriləcək. Bizə qoşulub zəngin təcrübə əldə edə bilərsiniz”.

İştirakçıları ruhlandıran “Eurovision” qalibləri iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətli olduğunu bildiriblər.

Eldar Qasımov “Bir ulduz elçisi olaraq mərasim iştirakçıları üçün hazırlanan proqram çərçivəsində çox sayda insanı bu oyunlara cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir. O ki qaldı elçisi olduğum idman növünə, badminton mənim uşaqlıqdan bəri ən çox oynadığım oyundur”, - deyə bildirib.

Nigar Camal isə beynəlxalq yarışlarda iştirak etməyin gözəl hiss olduğunu söyləyib:

“Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox azərbaycanlı gəncin “Bakı-2015 Avropa Oyunları”nda bu cür imkan əldə etmələri mənim üçün xoşdur”.

“Bakı-2015 Avropa Oyunları” ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü üzrə olacaq.













Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR