Bakı, 26 yanvar, AzərTAc
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun Slovakiyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.