İranlı nazir Azərbaycana səfərə gəlir

10:32 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycana səfərinin vaxtı açıqlanıb
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyanın Bakıya səfərinin vaxtı açıqlanıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Ə.Təyyibniya Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi dəvəti ilə Bakıya yanvarın 28-də səfər edəcək.
Səfər zamanı tərəflər arasında iqtisadi əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, bundan öncə iranlı nazirin yanvarın üçüncü ongünlüyündə Bakıya səfər edəcəyi ilə bağlı məlumat verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR