Bakı – APA. Misirdə bazar günü baş verən iğtişaşlarda 12 nəfər ölüb.
APA-nın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, ölənlər arasında bir əsgər və xristian ailədən olan uşaq da var.
Misir sosialistlərinin lideri Şayma əs-Sabbaq Qahirənin mərkəzində güllələndikdən sonra ölkədə vəziyyət gərginləşib. Misir Daxili İşlər Nazirliyi bu qətldə əlinin olmadığını açıqlayıb. Polis “Müsəlman qardaşları”nın bir neçə üzvünü saxlayıb və onlarda partlayıcı qurğu aşkarlanıb.