Al Paçino dirijorluq etdi, zalı heyrətləndirdi - FOTO

Al Paçino dirijorluq etdi, zalı heyrətləndirdi - FOTO
10:47 26 Yanvar 2015
368 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor, Hollivud ulduzu Al Paçino musiqiçi istedadının olduğunu da nümayiş etdirib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, dünya kinematoqrafının canlı əfsanəsi, "Godfather" filmindən sonra adını tarixə yazmış 74 yaşlı aktyor 158-ci Akademik Musiqi Balında (Academy of Music Concert and Ball) Filadelfiya Simfonik Orkestrinə dirijorluq edib.
 
O, səhnəyə Şekspirin "3-cü Riçard" pyesindən səhnələri qiraətlə oxumaq üçün dəvət olunmuşdu.
 
Aktyor səhnədə olarkən onu müşayiət edən simfonik orkestrin ifasından elə şövqə gəlib ki, dirijor Yannik Neze-Seqenə "yardım" etməyə başlayıb.
1400 tamaşaçının olduğu zal heyrətlənmişdi.
 
Milli.Az
 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR