Bu gün Aygün Kazımovanın 44 yaşı tamam olur

Bu gün Aygün Kazımovanın 44 yaşı tamam olur
10:49 26 Yanvar 2015
388 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür. Lent.az-ın məlumatına görə, xalq artistin ad günü şənliyi axşam saatlarında paytaxt məkanlarının birində baş tutacaq. Məclisə sənət dostlarını da dəvət edən A.Kazımova artıq ilk təbrikini də alıb. Belə ki, müğənninin qızı İlqarə Kazımova gecə 00:00-da anasına təbriklər yağdırıb.  




Qeyd edək ki, 1971-ci yanvarın 26-da Bakıda anadan A.Kazımova 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə daxil olub. O, 1989-cu ildə İlqar adlı bəylə ailə həyatı qurub və  həmin evliliyindən İlqarə adlı qızı dünyaya gəlib. A.Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. Bu günə qədər tamaşaçılara saysız-hesabsız mahnılar, konsertlər və bir çox layihələr təqdim edən A.Kazımova 2008-ci ildə xalq artisti adına layiq görülüb.  “Tənha qadın” , “Gecələr keçir”, “İtkin gəlin”, “Son söz”, “Bizim qızlar”, “Uzaqlıq”, “Öpsən”, “Uyma”, “Siqara” kimi bir çox mahnılar ifa edib.  

 

















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR