Bakıda məhkum intihar edib

Bakıda məhkum intihar edib
10:57 26 Yanvar 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 10:55 ]

Bakı. Hafiz Heydərov – APA. Bakıda cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən İsrayıl İsmayıl oğlu Ağayev özünü asıb. Məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Xəzər Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR