Ermənilər itki verdi

Ermənilər itki verdi
11:01 26 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün cəbhə xəttində baş verən atışma zamanı erməni əsgər yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı yazıb. Bildirilib ki, erməni hərbi qulluqçu Ovannes Avanesyan yaralı vəziyyətdə İrəvanda hərbi hospitala çatdırılıb.

Hospitalın rəisi polkovnik Aram Asaturyan bildirib ki, cəbhənin Tavuş ərazisində yaralanan əsgərin vəziyyəti son dərəcə ağırdır: "Biz onun vəziyyətini sabitləşdirmək üçün mümkün olan hər şeyi edirik."

Onun sözlərinə görə, hərbi qulluqçu Ovannes Avanesyanın böyrəyindən və onurğasından ciddi zədə alıb.

Bəzi mətbuat orqanı Ermənistan hakimiyyətini sərt tənqid edib, belə hadisələrin, əsgər ölümünün və yaralanmasının gizlədilməsinin yolverilməz və məğlubiyyət kimi dəyərləndirib.

Qeyd edək ki, ermənilər 2015-ci ildə cəbhədə 12 nəfər itki verib, 20 hərbi qulluqçu isə yaralanıb. Ermənistan rəhbərliyi itkiləri ictimaiyyətdən gizlədir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR