İngiltərənin futbol üzrə yığma komandasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin oğlu Bruklin Hollivudda karyera qurmaq niyyətindədir. Bu barədə NDTV kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Hal-hazırda 16 yaşlı Bruklin Bekhem model biznesi ilə məşğuldur.

"Bu yaxınlarda Bruklin model agentliyi ilə müqavilə imzalayıb. O bu sahədə böyük potensiala malikdir və onun gələcəkdə yüksək qonorarlı ulduza çevrilməsi ehtimal edilir. Hazırda o Hollivudda aktyor karyerası barədə düşünür. Bu yaxınlarda müvafiq kontraktın da imzalanması gözlənilir", —deyə məlumatda bildirilir.

2015-ci ilin may ayında dünya futbolunun məşhur ulduzu Devid Bekhemin rejissor Qay Riçinin filmində çəkiləcəyi barədə məlumat yayılıb. Filmin gələn ilin iyul ayında ekranlara çıxması planlaşdırılır.

Məşhur futbolçunun oğlu kinoda çəkiləcək
Bruklin Bekhem

Məşhur futbolçunun oğlu kinoda çəkiləcək
Devid Bekhem ailəsi ilə birlikdə
Вумшв