Bakıda “Yol infrastrukturunun tikintisi və yenidənqurmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzunda beynəlxalq konfrans keçirilir. Lent.az-ın məlumatına görə, tədbirdə nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov, eləcə də ASC-nin rəhbərliyi iştirak edir. Xarici ölkələrin nümayəndələri də iştirak etdiyi konfrans bu gündən yanvarın 28-dək davam edəcək.
Qeyd edək ki, tədbir Nəqliyyat Nazirliyi və NN “Azəryololservis” ASC-nin təşkilatçılığı ilə keçirilir.