“Möhtəşəm yüz il” serialının Mahidevran Sultanı Nur Fəttahoğlu həyat yoldaşı, iş adamı Levent Vəziroğlundan ayrılır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2013-cü ildə ailə quran cütlük qarşılıqlı razılaşma əsasında boşanır. Həyat yoldaşına hər hansı təzminat tələbi irəli sürməyən aktrisa “Bir-birimizi çox sevirik, amma yola getmirik” açıqlamasını verib. N.Fəttahoğlu artıq anasının evinə köçüb.
Qeyd edək ki, aktrisa bir il ailəli olduğu keçmiş həyat yoldaşı Murad Aysandan da “fikir ayrılığı üzündən yola getməmə” səbəbindən ayrılmışdı.