İranın “Dəniz” qəzeti AzərTAc-ın xüsusi müxbirinin 20 Yanvarla bağlı analitik məqaləsini yayıb

İranın “Dəniz” qəzeti AzərTAc-ın xüsusi müxbirinin 20 Yanvarla bağlı analitik məqaləsini yayıb
11:28 26 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
İranın Qərbi Azərbaycan vilayətində nəşr olunan “Dəniz” qəzeti AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının “20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” sərlövhəli analitik məqaləsini Azərbaycan və fars dillərində yayıb.
20 Yanvar faciəsinin baş vermə səbəblərinin təhlil olunduğu məqalədə çar Rusiyasının Qafqaz siyasətinin Azərbaycanda yaratdığı bəlalardan, o cümlədən qədim Azərbaycan ərazisində erməni dövləti yaratmaq üçün həyata keçirilən işlərdən, sonrakı dövrdə sovet imperiyasının xalqımıza qarşı davam etdirdiyi düşmənçilik siyasətinin məkrli məqsədlərin acı nəticələrindən bəhs edilir.
Müəllif əsaslandırır ki, çar Rusiyası ilə sovet imperiyasının Azərbaycana qarşı yürütdüyü siyasət mahiyyətcə bir-birini tamamlayan işğalçılıq məqsədi güdüb. Bu iyrənc siyasətdə ermənilərdən alət kimi istifadə olunsa da, erməni millətçi dairələri və erməni din xadimləri öz hiyləgər niyyətlərini gerçəkləşdirə biliblər.
20 Yanvar faciəsinin Azərbaycana qarşı uzun zaman kəsiyində yürüdülmüş işğalçılıq siyasətinin davamı olduğunu diqqətə çatdıran S.Şahtaxtı yazır ki, M.Qorbaçov başda olmaqla keçmiş sovet imperiyasının sonuncu rəhbərliyi təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasını dəstəkləməklə Azərbaycan xalqına böyük düşmənçilik edib. Yanvarın 19-dan 20-nə keçən gecə Ermənistandakı qanunsuz silahlı dəstələr bütün istiqamətlərdən Azərbaycan ərazisinə hücum ediblər.
Məqalədə diqqətə çatdırılır ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi cinayətə etiraz edib. O, M.Qorbaçov başda olmaqla Qanlı Yanvar hadisələrini törədənləri ittiham edərək Azərbaycanda baş verən siyasi proseslərin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ulu Öndərin cəsarəti sayəsində 20 Yanvar cinayətini ört-basdır mümkün olmayıb. Sonrakı illərdə isə Heydər Əliyev qətiyyətli addımlar ataraq 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, cinayətkarların adlarının açıqlanmasına, şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, qanlı hadisədə qəhrəmancasına həlak olanların ailələrinə, sağlamlığını itirən şəxslərə dövlət qayğısı göstərilib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=2104:azerbaijan&catid=26:team

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iranin_Deniz_qezeti_AzerTAc_in_xususi_muxbirinin_20_Yanvarla_bagli_analitik_meqalesini_yayib-827444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR