SİRİZA-nın triumfu: Yunanıstan kursu dəyişir və sola gedir

SİRİZA-nın triumfu: Yunanıstan kursu dəyişir və sola gedir
11:38 26 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Yunanıstanda yanvarın 25-də keçirilən növbədənkənar parlament seçkilərində Radikal sol qüvvələrin koalisiyası - SİRİZA inamlı qələbə qazanıb. SİRİZA-nın lideri Aleksis Tsipras ölkənin Brüsselin diktə etdiyi siyasətdən imtina etmək şüarı altında seçilən ilk rəhbəri olub.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, seçkilərdə əhalinin 63,84 faizi iştirak edib. Seçkiqabağı proqramında sərt iqtisadi tədbirləri aradan qaldıracağına və ölkənin 320 milyard avroya çatan xarici borcunun bir hissəsinin ləğv edilməsinə nail olacağına söz verən SİRİZA-nın uğuru gözlənilənlərdən də böyük olub. Koalisiya bülletenlərin 96,66 faizinin hesablanmasının nəticələrinə görə 36,36 faiz səs toplaya bilib. Bu da parlamentdə 149 yerə sahib olan SİRİZA-ya yerli birpalatalı 300 yerlik parlamentdə mütləq çoxluq əldə etməyə və müstəqil hökumət formalaşdırmağa imkan verməyib.
Yunanıstanın Baş naziri, sağ mərkəzçi “Yeni demokratiya” partiyasının lideri Antonis Samaras, onun müavini, xarici işlər naziri və Ümumyunanıstan sosialist hərəkatının lideri Evanqelos Venizelos seçkilərin yekun nəticəsini gözləmədən məğlubiyyətləri ilə barışaraq Aleksis Tsiprası qələbə münasibəti ilə təbrik ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SIRIZA_nin_triumfu_Yunanistan_kursu_deyisir_ve_sola_gedir-827450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR