“Expressbank” fotomüsabiqənin qaliblərinin mükafatlandırıb - FOTO

“Expressbank” fotomüsabiqənin qaliblərinin mükafatlandırıb - FOTO
11:47 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 11:41 ]


Bakı. Musa Əhmədov - APA-Economics. “Expressbank” “28 Mall” ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu gün müsabiqə sona çatıb və qalibləri müəyyənləşib.

 

Müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq “Visa Platinum”  və  500 manat, “Visa Gold” və 300 manat, “Visa Classic” və 100 manat təqdim olunacaq. Digər 7 iştirakçıya isə “Expressbank” adından korporativ hədiyyələr veriləcək.

 

Qeyd edək ki, müsabiqə II mərhələdə keçirilib. I mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar “28 Mall” ticarət mərkəzində olan “Expressbank”ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. II mərhələdə isə, seçilən 10 şəkil “Expressbank”ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib.

 

Qeyd edək ki, qaliblərlə bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar –https://www.facebook.com/media/set/?set=a.879874508729536.1073741830.151990304851297&type=1 .

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR