"Nabat"ın növbəti uğuru: “Xüsusi vurğulama”

"Nabat"ın növbəti uğuru: “Xüsusi vurğulama”
11:49 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Prodüser Müşfiq Hətəmov 13-cü Pune Beynəlxalq Film Festivalında “Nabat” bədii filminə görə beynəlxalq münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatına layiq görülüb. “Azərbaycanfilm” kinostudiyasından Lent.az-a verilən məlumata görə, film Hindistanda keçirilən festivalın əsas müsabiqə proqramında yer alıb.

 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR