"Metallist" və "Bursaspor" "Neftçi" ilə oynamaq istəyirdilər

"Metallist" və "Bursaspor" "Neftçi" ilə oynamaq istəyirdilər
19:28 26 Dekabr 2014
137 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

"Neftçi" PFK-nın Türkiyənin Antalya şəhərində yanvarın 11-dən başlayacaq 14 günlük təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının təqvimi məlum olub.

Trend klubun saytına istinadən məlumat verir ki, bütün yoxlama görüşləri "Mardan İdman Kompleksi"nin stadionunda baş tutacaq.

14.01.2015
"Neftçi" - "Hajer" (Səudiyyə Ərəbistanı)

17.01.2015
"Neftçi"- "Fulad" (İran)

20.01.2015
"Neftçi" - "Guizhou Rehne" (Çin)

21.12.2015
"Neftçi" - "Volın" Lutsk (Ukrayna)

23.12.2015
"Neftçi" - "Dinamo" Moskva (U-23) (Rusiya)

Qeyd edək ki, təqvimdəki oyunlardan əlavə daha bir yoxlama görüşü nəzərdə tutulub.

"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib: "Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesi üçün sıx qrafik nəzərdə tutulub. Təlim-məşq müddətində komanda gündə 2 dəfə məşq edəcək. Bununla yanaşı, oyun günləri də məşq planlaşdırılıb. Orada olduğumuz müddətdə azı 6 yoxlama oyunu keçirəcəyik. Təbii ki, bu oyunlar üçün daha güclü klubları seçə bilərdik. Məsələn, "Metallist" Xarkov, "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər. Amma belə olan halda oyunlarımızı məskunlaşacağımız "Mardan İdman Kompleksi"ndən xeyli aralıda keçirməli olacaqdıq. Bu isə gərgin məşqlərin fonunda əlavə yorğunluq və vaxt itkisi deməkdir. Ona görə də təlim-məşq keçdiyimiz stadionda oynamağa razılaşan klubları seçdik. Rəqiblərimiz arasında olan İranın son çempionu "Fulad" komandası Asiya Çempionlar Liqasının da iştirakçısıdır. Ümumiyyətlə, rəqiblərimiz müxtəlif oyun üslubuna malik komandalardır. Belə olan halda çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq. Təlim-məşq müddətində gənc yerli oyunçuları da yoxlayacağıq. Çalışacağıq ki, onlar da tədricən əsas komandaya uyğunlaşsınlar".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR