Bakıda Manqistau vilayət filarmoniyası orkestrinin konserti olacaq

11:53 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+



Aktau, 26 yanvar, AzərTAc
Qazaxıstanın Aktau şəhərində yerləşən Manqistau vilayət filarmoniyasının yubileyi ilə əlaqədar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Manqistau vilayəti akimatlığının (qubernatorluğunun) dəstəyi ilə filarmoniyanın orkestrinin ölkəmizə qastrol səfəri olacaq. Səfər çərçivəsində Manqistau vilayət filarmoniyasının 60 nəfərdən ibarət orkestri yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.
Konsert zamanı qazax milli alətlərinin ifaları olacaq, Azərbaycan, Qazaxıstan və dünya klassik musiqiləri səsləndiriləcək.
Səfər iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, qardaş xalqların mədəniyyət və incəsənətinin təbliği məqsədini daşıyır.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Aktau

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Manqistau_vilayet_filarmoniyasi_orkestrinin_konserti_olacaq-827454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR