Balina balası limanda öldü - FOTO

Balina balası limanda öldü - FOTO
11:57 26 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Siettl şəhər limanında uzunluğu 9,7 metr olan balina balasının leşini dalğalar sahilə vurub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, boz balina balasının leşini "Colman Dock" terminalının yaxınlığında aşkarlayan liman əməkdaşlarının dediklərinə görə, onu böyük gəmilərdən birinin vinti parçalayaraq öldürüb.
 
Leşə baxış keçirən bioloqlar boz balina balasının Pyucet-Saund körfəzinə niyə girdiyini anlamırlar. Çünki boz balinaların tam əksəriyyəti Vaşinqton ştatının cənub sahillərinə doğru miqrasiya edib.
 
Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR