"Gəlsin üzümə desin, görüm bacarır? " - fotolar+video

"Gəlsin üzümə desin, görüm bacarır? " -  fotolar+video
12:11 26 Yanvar 2015
105 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova geyimlərinə həyat yoldaşının irad tutmadığını deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında paltarlarını bahalı brendlərdən aldığını bildirib:

“Sosial şəbəkədə yazırlar ki, çox arıqlamısan, “Xortdana oxşayırsan”… Həmcinsimin mənə belə sözlər yazmasından dəhşətə gəlirəm. O qadının cəmiyyətə verə biləcəyi övlad necə olacaq? Gəlsin üzümə desin, görüm bacarır? Mənə tərif, alqış yağdırmağınızı istəmirəm. Səhnədə ora-buramdan ət sallanacaqsa, elə arıq olum. Başqaları efirə o cür çıxır, amma belə olmaz. Geyimlərimi açıq hesab etmirəm. Səhnədə belə geyinməyib harada geyinəcəm? Həyat yoldaşım heç vaxt libaslarıma qarışmır. Ona qısqanmağa səbəb vermirəm. Nəyisə bəyənməyəndə deyir: “Sənə belə rahatdır?”. Artıq başa düşürəm ki, xoşlamır. Heç vaxt imkan vermirəm ki, mənə irad tutsun. Geyimlərimi özəl brendlərdən alıram. Bakıya gəlməzdən əvvəl Türkiyədə bir çox məşhurun seçdiyi brenddən alış-veriş etdim. İstəyirəm burada hər çəkilişə fərqli libasda çıxım”.

İ.İbrahimova aksesuarlarının eksklüziv olduğunu deyib:

“Bunları Türkiyədən almışam. Mağazada satışda yoxdur. Ancaq kataloqla sifariş edilir”.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR