Azərbaycan XİN rəhbəri avstriyalı deputatlar və iş adamları ilə görüşüb

12:22 26 Yanvar 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 12:16 ]


Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriya-Azərbaycan Ticarət Palatasının üzvləri, Avstriya parlamentinin nümayəndələri və iş adamlarının iştirakı ilə birgə görüş keçirib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Avstriya arasında iqtisadi, ticarət, enerji və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

İqtisadi əməkdaşlığın inkişafında biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd olunaraq, Azərbaycan və Avstriya hökumətlərinin dəstəyi ilə qarşılıqlı biznes səfərləri və forumların təşkili müzakirə edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR