Azərbaycanla Qabonun gömrük orqanları əməkdaşlığı genişləndirir

12:32 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 12:20 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsində (DGK) komitə sədri Aydın Əliyev və Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma naziri yanında nazir-deleqat xanım Maria Julie Bloqo Bi Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

APA-Economics”in məlumatına görə, A. Əliyev görüşdə qabonlu həmkarı ilə artıq ikinci dəfədir görüşdüyünü xatırladıb: O bildirib ki, ilk görüşdə Qabon Gömrük Təşkilatı ilə birgə əməkdaşlıq etmək barədə qərara gəlinib. 2013-cü ilin payızındakı görüşdə də nümayəndə heyətinin Bakı səfərində bir çox məsələlər barədə müzakirə edilib.

 

A. Əliyev qonağa Qağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib: “Azərbaycan 26 ildən çoxdur ki, Ermənistanla münaqişə şəraitində yaşayır. Ölkəmizin 20% torpaqları ermənilər tərəfindən işğal olunub. Amma buna baxmayaraq, ölkədə güclü dövlət quruculuğu, o cümlədən sistemli gömrük imkanları mövcuddur”.

 

Komitə sədri deyib ki, bu gün Azərbaycanda DGK müstəqil orqandır və nazirlik statusuna malikdir: “Komitənin büdcədənkənar maliyyə fondu var. Azərbaycanda gömrük əməkdaşlarının maddi rifahını yaxşılaşdırmaq üçün bu fonddan istifadə olunur. Gömrük orqanları həm də hüquq-mühafizə orqanıdır. Bütün quru sərhədlərimiz ağırtonnajlı avtomobillərin yoxlanılması üçün müasir avadanlıq və texniki vasitələrlə təmin olunub”.

 

DGK sədri ölkə başçısının dəstəyi ilə maddi-texniki bazanın formalaşması üçün iri layihələr həyata keçirildiyini vurğulayıb. O dünyada ilk dəfə olaraq gömrükdən keçmə vaxtının müəyyən edilməsi üzrə “Stadi-taym” proqramının tətbiq edildiyini və bu ilin fevral ayında u proqramın Brüsseldə təqdim edilməsini həyata keçirəcək.

 

Komitə sədri həmçinin Azərbaycan gömrük xidməti tərəfindən hazırlanan itlərin hazırlığı üzrə böyük təcrübəyə malik olduğunu və bu günlərlə belə bir itlərin ikisini Qana gömrük orqanlarına hədiyyə edildiyi vurğulanıb.

 

Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma naziri isə ölkəsinin iqtisadiyyatı, siyasi vəziyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır və ölkəsinin potensialı barədə xeyli danışıb.

 

Qeyd edək ki, Qabon nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Baş nazirini müavini və İqtisadiyyat və Sənaye Nazirliyində görüşlərin keçirəcəyini, həmçinin Azərbaycanın gömrük xidmətinin fəaliyyəti ilə ətraflı tanış olacaqlar. Bir sıra gömrük məntəqələri və idarələrində olacaqlar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR