12 illik təhsilə nə zaman keçirik?

12 illik təhsilə nə zaman keçirik?
12:36 26 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında 12 illik təhsillə bağlı tədbirlər nəzərdə tutulub.

ANS PRESS-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

O, bu sistemə keçiddən öncə inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatların təhlil edildiyini deyib.

Onun sözlərinə görə, hazırda 11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil nəzərdə tutulub. "Kurrikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə tutulur. İlk olaraq 12 illik təhsilə keçidlə bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq. 12 illik təhsilə keçidin əsas müsbət cəhətlərindən biri də tədris proqramlarının genişləndirilməsidir”.

Nazirlik rəsmsi hələlik hansı tədris ilindən 12 illik təhsilə keçiləcəyi barədə danışmağın erkən olduğunu qeyd edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=321885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR