Bakıda voleybolçuların "girov saxlanması" xəbərinə SƏRT REAKSİYA

Bakıda voleybolçuların "girov saxlanması" xəbərinə SƏRT REAKSİYA
12:39 26 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Voleybol Federasiyasi (AVF) Norveç mətbuatının və Azadlıq radiosunun Norveçin qadınlardan ibarət "Stad" komandasının Azərbaycanda qalmaqalla qarşılaşması barədə yazısına reaksiya verib.

 

AVF-nin mətbuat xidməti Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Voleybol Federasiyaının, onun qurumlarının və federasiyanın prezidenti Ziya Məmmədovun "Anatoliya" otelinə hec bir aidiyyatı yoxdur:

“Avropa Voleybol Konfederasiyyasının Avrokubok yarıslarının kecirilməsinə dair təlimatına uyğun yarıslarda iştirak edən hər bir komanda səfər oyunu zamanı, otel seçimi, ödənişi və ölkəyə giriş vizasının alınması həmin komandanın öz öhdəliyindədir. Norveç komandasının seçimi Norveç turist agentliyi və o cümlədən "Stad" klubu tərəfindən  "Anatoliya" oteli ilə birbaşa danışıqlar əsasında  həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, komanda  turistik agentliyi vasitəsilə və həmçinin özləri  tərəfindən komanda ücün  "Anatoliya" otelində yerlər ayrılması məqsədilə fərqli sifarişlər veriblər. Otel tərəfindən ayrı-ayrılıqda  iki tərəfli fərqli sifariş qeydiyyat alınıb və ikinci dəfə yenidən otaqlar ayrılıb. Bu da öz nəticəsində əlavə xərclərin yaranmasına səbəb olub.  Norveç komandası otel xidmətinin müvafiq  xərclərinin ödənilməsindən imtina etdikdə bu problemlər aşkara çıxarılıb. Yuxarıda qeyd olunan anlaşılmazlıq nəticəsində Norveç "Stad" komandası ilə "Anatoliya" oteli arasında maliyyə problemi yaranıb".

 

AVF-dən bildirilir edilir ki, “Stad” komandasının Azərbaycana girişi ücün dəvətnamənin vaxtında göndərilməsinə baxmayaraq onlar Azərbaycanın İsveçdəki Səfirliyinə sənədləri vaxtında təqdim etməyiblər: “Azərbaycan tərəfi isitisna hal olaraq  müvafiq qurumları vasitəsilə Bakı H.Əliyev hava limanında Norveç  komandasına viza verilməsini təmin edib: "Azerreyl" klubu tərəfindən  Norvec "Stad" komandasını yalnız nəqliyyat vasitəsilə və məşq zalı ilə təmin edilməsi öhdəliyini daşıyır. Bunlardan əlavə olaraq milli qonaqpərvərlik zəminində oyundan sonra  Norveç  komandasının xahişlərini nəzərə alaraq onların  Bakı şəhərində gəzintisi və şəhərlə tanış olmaq məqsədilə onlara nəqliyyat  vasitəsi ayrılıb , təmənnasız  gəzintisi  təmin edilib. Yuxarıda qeyd olunanları nəzərə alaraq  Azərbaycanın necə qonaqpərvər olduğu acıq aydın bildirilir".

 

 

AVF-nin vitse-prezidenti Faiq Qarayevlə oyun oncəsi görüş zamanı Norveçin “Stad” komandası tərəfi Azərbaycana gəlişindən çox məmnun olduqlarını və heç bir problemlərinin olmadığını qeyd edib: “Oyun maraqlı və dostluq zəminində keçib, oyun zamanı fəxri qonaq simasında Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu və onun xanımı, eləcə də digər fəxri qonaqlar istirak ediblər. Onu da nəzərə catdıraq ki, AVF öz fəaliyyəti dövründə milli yığma komandalar və klublar səviyyəsində mötəbər dünya və qitə turnirlərində iştirak edib, eləcə də onlara ev sahibliyi edib. Azərbaycanda keçirilmiş oyunların nəticəsindən asılı olmayaraq, daima digər komandalar AVF-nin təşkilatcılığından razı qalıb və dönə-dönə təşəkkürlərini bildiriblər".

 

Federasiyadan sonda o da vurğulanıb ki, ilk dəfə Avrokubok turnirində iştirak edən Norveç "Stad" komandası rəsmi nümayəndələri tərəfindən əsasız ittihamları və o cümlədən "Anatoliya" otelinin veb səhifəsində nalayiq etikadan kənar Azərbaycan Voleybol Federasiyasının ünvanına  yazılmış qərəzli yazılarla əlaqədar Avropa Voleybol Konfederasiyasnın prezidenti Andre Meyere bu haqda müvafiq qaydada Azərbaycan Voleybol Federasiyası tərəfindən müraciət olunacaq. Müraciətdə  Norveç "Stad" komandasının Azərbaycan Voleybol Federasiyasından rəsmi sürətdə üzr istəməsi və cəzalandırılması tələb olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR