Azərbaycanda hansı soyadı daşıyan telefon abunəçiləri çoxdur?

12:43 26 Yanvar 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Telefon abunəçilərinin sayının artması maraqlı statistik məlumatların ortaya çıxmasına şərait yaradır.

Trend xəbər verir ki, Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox düz 56557 nəfərdir.

Soyadlar üzrə abunəçi sayı belədir: Əliyev 43258, Məmmədova 29287, Hüseynov 27047, Əliyeva 22947, Həsənov 21092, Quliyev 20014, İsmayılov 15572, Əhmədov 14903, Hüseynova 14386, Abdullayev 13227, Abbasov 12550, Cəfərov 11411 abunəçi.

Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR