YouTube-da videoya baxıb diş çəkdi

YouTube-da videoya baxıb diş çəkdi
12:52 26 Yanvar 2015
468 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tailandda bir qadının heç bir təhsili və bacarığı olmadan, hətta YouTube-da videolara baxaraq diş həkimi kimi fəaliyyət göstərdiyi aşkarlanıb.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, Tailandın Prae şəhəridə yaşayan 21 yaşlı Thararat Thaptimtae adlı qadın özəl stomatoloji klinika açmışdı. Lakin klinikanın müştərilərinin şikayətləri artanda polis bu "səhiyyə müəssisəsi"nə baxış keçirib.
 
Bəlli olub ki, Thararatın heç bir müvafiq təhsili yoxdur. Hətta o, YouTube-da videolara baxaraq diş çəkir, müalicə ilə "məşğul" olurmuş.
 
Saxta diş həkimi həbs olunub.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR