Almaniya hökuməti ermənilərə türklərin sözünü dedi

Almaniya hökuməti ermənilərə türklərin sözünü dedi
12:52 26 Yanvar 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

"1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir"
Bu bəyanatla Almaniya hökuməti çıxış edib.

Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.

Almaniya hökumətinin bəyanatında qeyd olunur ki, 1915-ci il hadisələrinin araşdırılması ilk olaraq Türkiyə və Ermənistanın məsələsidir:

"Almaniya hökuməti hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın qurulmasının tərəfdarıdır".

Bəyanatda bir dəfə də olsun “soyqırım” ifadəsi istifadə olunmayıb.

Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il hadisələri yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.

Qeyd edək ki, bundan əvvəl Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifi ilə çıxış etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifinə hələ də cavab verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR