Azərbaycanlı milyonçular qızıl köynək aldılar (FOTO,VİDEO)

Azərbaycanlı milyonçular qızıl köynək aldılar (FOTO,VİDEO)
13:26 26 Yanvar 2015
498 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kahramanmaraş şəhərində yaşayan məşhur zərgər qızıldan libaslar hazırlayır.

ANS PRESS-in məlumatına görə, Ahmet Atakan hər bir libasın 400 min parça qızıldan hazırlandığını və 3 kq ağırlığında olduğunu bildirib. Qızıl libasların qiyməti 350 min türk lirəsidir. Bu da bizim pulla 116 min manat, dollarla 148 min dollar deməkdir.

Zərgər indiyədək 10 qızıl libas satdığını, belə bahalı mala yenə də təlabat olduğunu deyir: "Türkiyənin özündə alıcılarım olsa da, əsasən xarici müştərilərlə işləyirik. Azərbaycanlı iş adamlarının marağı böyükdü qızıl paltarlara. İndiyədək satdığım 10 qızıl paltarın 2-sini azərbaycanlılar alıblar. Qətər və Moskvada da müştərilərimiz var. Qızıldan geyimlərə təlabat var və müştəri problemimiz yoxdur ."

Qızlı libaslar Ahmet Atakanın dizaynı ilə 15 zərgər tərəfindən 2 həftə müddətinə hazırlanır.

Müştərilərinin kimliyini gizli saxlayan Atakan, topdan sifariş qəbul etmədiyini deyir: "Bir iş adamı topdan sifariş verdi, amma bunu qəbul etmədik. Hazırladığımız libasların özəl bir şey olduğunu düşünürük, hər kəsin ala biləcəyi bir şey olmasını istəmədiyimiz üçün bunu qəbul etmədik. Biz bu paltarların belli sayda adamlarda olmasını istəyirik. Çünki bu kütlə üçün nəzərdə tutulmayıb".




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR