Ödənişli təhsil üzrə qəbul planında YENİLİK

Ödənişli təhsil üzrə qəbul planında YENİLİK
13:39 26 Yanvar 2015
1098 Sosial
Ölkə mətbuatı
A- A+

 

"Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə, dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir".


 

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi təhsilə görə ödəniş haqlarının ləğvi mənasına gəlmir: “Sadəcə, ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq, təhsil haqqı isə əvvəlki kimi olacaq. Orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq”.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR