Elzadan Aygünə qəribə təbrik - FOTO

Elzadan Aygünə qəribə təbrik - FOTO
13:42 26 Yanvar 2015
184 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan xalq artisti Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib.
 
Milli.Az atvxeber.az-a istinadən məlumat verir ki, bir vaxtlar aralarından qara pişik keçdiyi deyilsə də, bu gün əməkdar artistin təbriki, deyəsən, barışıqdan xəbər verir. Özünəməxsus təbriki ilə Elza xanım Aygün Kazımovanı belə təbrik edib:
 
"Kişilər bir olmur, atam balası.
Qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
Qəbri üstə ağlayası,
Aygün xanım kimi qara paltarlı,
Gözəl qadına ümidi var.
Qara paltarlı qadın, ad günün mübarək!"
 
"Görəsən, bu təbrikə Aygün Kazımova nə deyəcək?" - deyirsinizsə, bu barədə sizə məlumat verək. Xalq artistinin prodüseri Tolik paylaşımın sonunda belə qeyd edib: "Aygün xanıma bunu oxudum, çox güldü. Dedi ki, Elzadır da... Ondan elə belə şeylər çıxar".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR