“Kainat gözəli - 2014” titulunu kolumbiyalı tələbə Paulina Veqa qazandı

“Kainat gözəli - 2014” titulunu kolumbiyalı tələbə Paulina Veqa qazandı
13:43 26 Yanvar 2015
163 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Kainat gözəli - 2014” titulunu 22 yaşlı kolumbiyalı tələbə Paulina Veqa qazanıb. Mükafatın təqdimetmə mərasimi ABŞ-ın Doral şəhərində (Florida ştatı) keçirilib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, 87 ölkənin təmsilçilərini geridə qoyan Kolumbiyalı gözəl məşhur tenor Qaston Veqinin nəvəsidir. O, Kolumbiyanın şimalındakı Barrankilya şəhərində anadan olub. Yeddi yaşından model işləyən Paulina hazırda Boqota universitetində təhsil alır.
“Kainat gözəli - 2014” müsabiqəsi televiziya və internet vasitəsi ilə canlı yayımlanıb. 300 min dollar qiyməti olan, sapfir və brilyantlarla bəzədilmiş tacı qalibin başına keçmiş “Kainat gözəli” Qabriela İsler qoyub.
Müsabiqədə ikinci yeri 24 yzşlı amerikalı Nia Sançes, üçüncü yeri isə 20 yaşlı ukraynalı Diana Qarkuşa tutub. Milli geyimlər müsabiqəsində isə birinci yerə 20 kiloqramlıq paltarla səhnəyə çıxan indoneziyalı Elvira Devinamira layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kainat_gozeli___2014_titulunu_kolumbiyali_telebe_Paulina_Veqa_qazandi-827478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR