Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində oğurluq edən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də 202 saylı xətt avtobusunda Bakı şəhər sakini Amal Nuruşlunun cibindən içərisində 500 manat və sənədləri olan pul kisəsini oğurlayan Quba rayon sakini Muxtar Ağazadə tutulub.