"Sovetski"də bu binalar sökülməyəcək

"Sovetski"də bu binalar sökülməyəcək
20:16 26 Dekabr 2014
112 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sovetskidəki tarixi abidələr sökülməyəcək. Ola bilsin, onların bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar”.

ANS PRESS-in məlumatına görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O, buna misal kimi Cəlil Məmmədquluzadə və Abdulla Şaiqin ev muzeylərini göstərib:

"Elə binalar var ki, onlar da çox əhəmiyyətli deyil, amma üzərilərində xüsusi memarlıq bəzəkləri olduğundan bu siyahıya salınıb. Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən təqribən 30-a yaxın bina sökülməyəcək".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR