Məşhur aktrisa yoxsullaşıb, evindən qovulur - FOTO

Məşhur aktrisa yoxsullaşıb, evindən qovulur - FOTO
14:05 26 Yanvar 2015
380 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən populyar aktrisalarından biri, 2 "Oskar" laureatı Dayan Uist Nyu-Yorkdakı mənzilini tərk etmək məcburiyyətində qalıb. Daha doğrusu, onu evindən qovurlar.
 
Milli.Az New York Times-a istinadən bildirir ki, Nyu-Yorkun Qərbi 79-cu küçəsində yerləşən yaşayış kompleksində yaşayan 66 yaşlı D.Uist mənzil haqqını ödəyə bilmir. Mənzilin sahibi isə bu ayın sonunadək ödəniş olmazsa, aktrisanı evdən qovmaqla hədələyib.
 
Aktrisanın sözlərinə görə, yaşadığı mənzilin aylıq icarə haqqı 5300 dollardır.
 
"Manhettendəki bu mənzil üçün kirayə haqqını ödəməyə pul tapa bilmirəm. 66 yaşım var. Film və teleseriallarda çəkilişlərlə bağlı yetərincə təklif almadığımdan belə mənzilin icarə haqqı mənimçün müşkülə çevrilib", - D.Uist söyləyib.
 
Conni Deppin baş rolda oynadığı "Edward Scissorhands" filmindəki rolundan sonra D.Uest məşhurlaşmışdı. O, "Hannah And Her Sisters" ilə "Bullets Over Broadway" filmlərindəki rollarına görə 2 dəfə "Oskar" mükafatına layiq bilinib.
 
D.Uest hazırda "Rasheeda Speaking" tamaşasında 52 yaşlı Sintiya Pininkslə tərəf-müqabildir.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR