Bakıda məktəbdə quldurluq edən şəxs tutulub

Bakıda məktəbdə quldurluq edən şəxs tutulub
14:17 26 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində quldurluq edən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyərək 5 manatını aldığını bildirib.
 
35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR