"III Riçard"ın premyerası oldu - FOTO

"III Riçard"ın premyerası oldu - FOTO
14:17 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2015-ci ilin ilk premyerası olan “III Riçard” ictimaiyyət nümayəndələrinə və teatrsevərlərə təqdim olunub.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görkəmli ingilis dramaturqu U.Şekspirin “III Riçard” tarixi pyesi əsasında hazırlanmış eyniadlı tamaşa dahi yazıçının anadan olmasının 450 illiyinə həsr olunub.

Uzun illər Azərbaycan teatrında səhnələşdirilməyən sözügedən tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Təhminə Məmmədova, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov və başqaları ifa ediblər.

Tamaşa vicdan hissindən məhrum olmuş, taxta-taca sahib olmaq üçün doğmalarını bələ öldürtməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Beriya, gah da Hitler kimi çıxan qozbel və qolu iflic olan III Riçardın taxta-tac hərisliyindən bəhs edir.

Tamaşadan sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov səhnəyə çıxaraq bütün kollektivi yeni premyera münasibətilə, tamaşanın quruluşçu rejissoru, xalq artisti, prezident təqaüdçüsü Cənnət Səlimovanı isə 75 illik yubileyi münasibətilə təbrik edərək ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adından diplomla təltif etmişdir.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/321007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR