Moskva Dövlət Universiteti 260 illik yubileyini qeyd edir

14:28 26 Yanvar 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 26 yanvar, AzərTAc
Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Yanvarın 26-da bu əlamətdar hadisə münasibətilə Universitetin akt salonunda təntənəli iclas keçirilir.
İclasda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da iştirak edir.
Tədbirdə qonaqlara Universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim ediləcək, elmi nailiyyətlərə görə Lomonosov və Şuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomu təqdim ediləcək.
MDU 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda Universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniçiy çalışır. MDU-nun Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir.
Professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvadan ezam edilən tanınmış professor və müəllim heyəti vasitəsilə biliklərə yiyələnir.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_Dovlet_Universiteti_260_illik_yubileyini_qeyd_edir-827489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR