Səfir Birlik günü münasibətilə Azərbaycandakı rumıniyalıları təbrik edib

14:32 26 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:28 ]


Bakı. Məlahət Nəcəfova-APA. “Xalqların isti dostluq və qarşılıqlı hörmət münasibətlərinə söykənən Rumıniya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə güclü inkişaf edir”.

 

APA-nın məlumatına görə, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu Rumıniya knyazlıqlarının Birlik günü ilə bağlı müraciətində deyib.

 

Onun sözlərinə görə, Birlik gününü Rumıniyanın strateji tərəfdaşı olan Azərbaycanda qeyd etmək böyük sevincdir: “1859-cu ilin 24 yanvarında Rumıniyanın Valaxiya və Moldova knyazlıqlarının birləşməsindən 156 il keçir. Həmin gün həmrəyliyin nümayiş olunduğu gündür. Bu tarix bütün Rumıniya əyalətlərinin birləşməsi üçün vacib addım oldu və müasir Rumıniyanın formalaşması üçün perspektivlərə yol açdı”.

 

Səfir Birlik günü ilə bağlı Azərbaycandakı bütün rumıniyalıları təbrik edib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR