“Mənə gül əvəzinə, bahalı daş-qaşlar alın”

“Mənə gül əvəzinə, bahalı daş-qaşlar alın”
14:51 26 Yanvar 2015
219 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ayan Babakişiyeva media nümayəndələrinin iştirakı ilə qızı Selenaya ad günü keçirmək istəyir.

Axşam.az-a açıqlama verən ifaçı övladının özündən məşhur olduğunu deyib:

“Selenanın adına İnstaqramda səhifə açmışam. O, indi məndən məşhurdur. İzləyiciləri yüz mini ötüb. Övladımın ad gününə az qalıb. Qeyd etməyi düşünürəm. Əgər keçirsəm, medianın çəkilişinə də icazə verəcəm. Məndə elə xüsusiyyət yoxdur ki, əvvəlcə dəvət edib sonra çəkilişə icazə verməyim. Mən mediaya hörmətsizlik etmərəm”.

Ayan geyimlərinə çox pul xərclədiyini bildirib:

“Klip təqdimatına geyindiyim libası “Dior”dan almışdım. Paltarlarıma çox pul xərcləyirəm. Buna görə kim məni qınayır-qınasın. Heç vecimə də deyil. Əsas odur ki, gözəl görünüm. Sevənlərim məni hər zaman baxımlı görsünlər. Mən doğuşdan “kraliçayam ”.

Müğənni “Səndən sonra” adlı mahnısının klip təqdimatı mərasimində ona gələn hədiyyələrdən də danışıb:

“Güllərdən birinin üstündəki kağıza “Məndən çox uzaqda olsan belə, sən həmişə mənimləsən. Bir-birimizin ürəyindəyik" sözləri yazılıb. Kim olduğunu bilmirəm. Mən ucuz gül hədiyyələrini sevmirəm. Deyirəm ki, mənə gül əvəzinə brilyant, bahalı daş-qaşlar alın”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR