AŞPA prezidenti: “Ermənistan və Türkiyə öz aralarındakı problemi danışıqlar vasitəsilə həll etməlidir”

AŞPA prezidenti: “Ermənistan və Türkiyə öz aralarındakı problemi  danışıqlar vasitəsilə həll etməlidir”
14:57 26 Yanvar 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:54 ]

Ann Brassör erməni jurnalistinin uydurma “soyqırım” mövzusunda sualını cavablandırıb

Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassörün mətbuat konfransında ona uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü və AŞPA-nın bu məsələyə münasibəti ilə bağlı sual ünvanlanıb. APA-nın Avropa müxbirinin xəbərinə görə, Ermənistan jurnalistinin sualını cavablandıran A. Brassör cavabında dünyada və Avropa məkanında bir çox münaqişənin mövcud olduğunu təəssüflə qeyd edərək bildirib ki, tərəflər bu məsələni öz aralarında danışıqlar vasitəsilə həll etməlidir:

 

“Ümid edirəm ki, hər iki tərəf bu məsələnin həll yolunu tapmaq üçün səylərini əsirgəməyəcək. Hər iki ölkənin danışıqlar vasitəsilə qarşılıqlı anlaşma əldə edəcəyinə ümid bəsləyirəm”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR